Əsas məzmuna keç

Qəzəl

Yarın hicrində yenə gözlərim ağlar bu gecə

Məhəmməd Füzuli

2

Yarın hicrində yenə gözlərim ağlar bu gecə, Sən sön, ey şəm, mənim ağlamağım var bu gecə.

Yad edib şəmi-rüxün, istərəm atəşdə yanam, Səpmə su bu oda, ey dideyi-xunbar, bu gecə.

Qətlimin vədəsini sübhə qoyub, sübhə kimi Intizar öldürəcəkdir məni, ey yar, bu gecə.

Kuyi-yarə, dayan, ey nalə ki, gizlin gedirəm, Məni rüsvayi-cahan eyləmə, zinhar, bu gecə.

Ağladım, göz yaşımın nəqdi tamam oldu bu gün, Nə nisar eyləyərəm gəlsə o dildar bu gecə?

Gözlərimdən yuxunu qarət ediblər, yoxsa Qara bəxtimdir edibdir məni bidar bu gecə.

Səri-kuyində Füzuli gecələrdi, sən onu Niyə qovdun, hara bəs getsin o naçar bu gecə?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.