Yarın həmişə gül dedim ol gülüzarini
Yarın həmişə gül dedim ol gülüzarini, Könül quşu odur ki, edər ahü zarini.
Yollarda qaldı ah... gözüm yar gəlmədi, Yarəb, nə qədri çəkməliyəm intizarini.
Cənnət nigar arizidir zahid əl götür, Mən neylirəm behişti-bərin laləzarini.
Bülbül yüz il bahar ola meyl eyləməz gülə, Bir dəfə baği-küyüvə salsa güzarini.
Səndən sivayə dideyi-şövq ilə baxmaram, Görsəm gözəllərin yüzünü ya həzarini.
Canım bu qəbri-cismdə eşqün şəhididir, Gəl bir ziyarət eylə şəhidlər məzarini.
Hicrün qəmində bilmə ki, bir dəfə verdi can, Gördü Şəfai hər gün ölüm ehtizarini.