Əsas məzmuna keç

Qəzəl

Yarımı yar eylədin əğyarə, ey fələk

Seyid Əzim Şirvani

1

Yarımı yar eylədin əğyarə, ey fələk, Etdin gülü nəsib genə xarə, ey fələk.

Saldın şüai-mehrüvi rüxsari-yarıma, Etdin zəmanədə günümü qarə, ey fələk.

Hər nisfi-şəbdə səndə degildir sitarələr? Açdın o mahə dideyi-nəzzarə, ey fələk.

Saldın səfər havasına yari-əzizimi, Etdin o mahi-sabiti səyyarə, ey fələk.

Yaxdın fəraqi-yar ilə könlümü, həqqi var Ahım şərarı yaxsa səni narə, ey fələk.

Bidərdlərdə dərd görüb çarə eylədin, Yoxdur bu dərdi-hicrə məgər çarə, ey fələk?

Seyyid şikayət eyləsə səndən əcəb degil, Yarımı yar eylədin əğyarə, ey fələk.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.