Əsas məzmuna keç

Qəzəl

Yarəb, nə səbəbdəndir olur taqətimiz taq

İmadəddin Nəsimi

1

Yarəb, nə səbəbdəndir olur taqətimiz taq, Çoxdan bəridir çeşmimiz ol çeşminə müştaq.

Andan bəri kim, eynimiz ol üzünü gördü, Bir mu ilə asıldı canım, qaldı müəllaq.

Gülzarə qədəm bas sənəmü saz ilə, mütrib, Gəl eyş edəlim zövq ilə, gər olmasa zərraq.

Pərvanəsifət oldum o rüxsarına qarşı, Bel bağlamışam xidmətinə mən də çü üşşaq.

Yazım der idim naməyi əz xuni-cigər mən, Töküldü yürək qanı yerə, tutmadı övraq.

Gördü ki, tükənməz yazuban vəsf ilə şərhin, Qatlanmadı bu dərdə zəif, oldu qələm şaq.

Ey hüsn iyəsi, aşiqə bir mərhəmət eylə, Sun lütf ilə biçarəyə bir cami-mürəvvaq.

Gər istər isən yarı bu gün, pir tələb eylə, Gör kim, neçə yol göstərir ol piri-mühəqqaq.

Allah ilə ol imdi, niyaz eylə, Nəsimi, Başəd ki, suçundan keçə, lütf eyləyə rəzzaq.

Lüğət: Çeşm – Göz; Müştaq – Həvəskar; Zərraq – Yaltaq, riyakar; Üşşaq – Aşiqlər V; Övraq – Vərəqlər P; Cami – müsəffa – Saf şərab; Başəd – Olsun ki…; Rəzzaq – Ruzi verən (Allah)

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.