Əsas məzmuna keç

Qəzəl

Yarəb, nə eyni-lütfisən, ey hüsni-lanəzir

İmadəddin Nəsimi

1

Yarəb, nə eyni-lütfisən, ey hüsni-lanəzir Kim, əqlü fəhm vəchinə bir zərrədir həqir.

Qalu bəla rümuzunu zülfün əyan edər, Hər kim ki, gördü anı, səmi’ oldu həm bəsir.

Allahu nurun ayəti vəchindədir əyan, Əhsən bu hüsni-lütfə, təalallah, ey qədir.

Arif bilir ki, Tuba boyun e’tidalıdır, Cahil nə Tubi arzular ol himməti-qəsir.

Qaşın dəbiri gör necə çəkmiş bu qövsü kim, Yasini-nunu yazmaya bu şəklə min dəbir.

Divi-ləin ki, əhsəni-təqvimi bilmədi, Mərdudvar əsfəlü safildədir əsir.

Elmül-yəqin ilə oxuyan vəchin ayətin, Eynəl-yəqin görər həqi, həqqül-yəqin tanır.

Ə’madır ol kim, əlləməl-əsmayı bilmədi, Bu ismi-ə’zəmi oxu kim, şərhidir kəbir.

Cahil xaçan bilir ki, nədir fatehül-kitab, Bilməz anı fəqih kim, bəyan eylədi fəqir.

Hər kim ki, Nəsimi kimi oldu zülhəyat, Məhşər günündə arzulamaz nəfxeyi-səfir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Rümuz – Rəmzlər S; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Fəqir – Yoxsul

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.