Yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə
Yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə. Canü dildən keçməmişsən, yeri, dildar istəmə.
Varü varlıq varmayınca şahə varmaz varımız, Sən özüni şahə dapşur, dəxi gəl var istəmə.
Aşiqin mə’şuq yüzüdür qibləsi, həm Kə’bəsi, Sən yüzünü şahə döndər, qiblə divar istəmə.
Bu cəhanın bağçasında xarsiz gülmi olur? Tikənindən qorxar isən, yeri, gülzar istəmə.
Ey Xətayi, yar yoluna canını etgil fəda, Keç bu dünya şöhrətindən, sən onu var istəmə.
Lüğət: Bəsi – çox