Əsas məzmuna keç

Qəzəl

Yar üçün yar gərək təneyi-əğyar çəkə

Məhəmməd Füzuli

1

Yar üçün yar gərək təneyi-əğyar çəkə, Cövri-əğyari gərək, şübhəsiz, hər yar çəkə.

Gül sevən, qaydadı, dünyada görər cövrü cəfa, Bir gül üçün o gərək tənəyi-yüz xar çəkə.

Min əzab çəkməsə insan, məgər arzuya çatar? Məqsədə yetmək üçün can gərək azar çəkə.

Səfərindən azacıq görmək üçün fayda, gərək Səfər əhli səfərin hər nə qəmi var, çəkə.

Eşqi tərk etməliyik, çünki qəm içrə aşiq Olub avarə, gərək zəhməti hər yar çəkə.

Aşiqə olsa müyəssər də əgər yarla görüş, Intizar ilə gərək həsrəti-diyar çəkə.

Yarı əğyar ilə görmək – o da bir başqa bəla, Çarə yox, cövrü gərək aşiqi-dildar çəkə.

Bu cahan mülkünü tərk eylə, Füzuli, bəsdir, Qoyma qəlbin bu qədər möhnətü azar çəkə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.