Əsas məzmuna keç

Qəzəl

Yar qılmazsa mənə cövrü cəfadən qeyri

Məhəmməd Füzuli

1

Yar qılmazsa mənə cövrü cəfadən qeyri, Mən ona eyləməzəm mehrü vəfadən qeyri.

Ey deyən “qeyrə könül vermə”, qanı məndə könül, Səri-zülfündə olan bəxti-qəradən qeyri?

Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli Doymadı dərdə, məni-bisərü padən qeyri.

Mişki-Çin zülfün ilə eyləsə də’va nə əcəb, Nə olur üzü qara qulda xətadən qeyri?

Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin Var bir canə yarar feyzi, bəqadən qeyri.

Hiç kim bilmədi təhqiq ilə ağızın sirrin, Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.

Ey Füzuli, bizə təqdir qəm etmiz ruzi, Qılalım səbr, nədir çarə rizadən qeyri.

Lüğət: Təqdir – əvvəlcədən qərara alınmış

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.