Əsas məzmuna keç

Qəzəl

Yar kuyində çəkir bəxtim məni biixtiyar

Məhəmməd Füzuli

1

Yar kuyində çəkir bəxtim məni biixtiyar, İxtiyarım qalmayır, halım olur çox biqərar.

Eşqə düşdüm, ixtiyarı qılmasam tərk, ey sənəm, Aşiqi-sadiq olan etməz mənə bir etibar.

Bu diyar əhli mənə bir ləhzə etmir etina, Ol səbəbdən istərəm olsun yerim başqa diyar.

Kamə çatmaq zənn edərdim, neyləyim, bu ölkəyə Gəldim izzətlə, fəqət axırda oldum böylə xar.

Bax, bu kəcrəftar çərxin halına, gör bir necə Şən gətirmişdi məni, qaytardı dünyadan o zar.

Kamə yetməkçün dedim kuyində mən məskən salım, Torpaq etmişdi məni dövran, edir indi qübar.

Ey Füzuli, öz xoşumla olmadım avarə mən, Eyləyib sərgəştə aləmdə məni bu ruzigar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.