Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm, Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
Qoy rəqib etsin mənə əfzun cəfa kim, hər zaman Bir şikayətçün gedib yar ilə göftar eylərəm.
Padşahım, sən məni tək qıl qəbuli-xidmətin, Mən gədayi-kuyin olmaqdan məgər ar eylərəm?
Qeyr ilə görmək düşər yadimə, ölləm rəşkdən, Hər zaman kim, kuyi-yarə əzmi-didar eylərəm.
Sordum əsrari-dəhanın dün o şəkkərləb dedi: Seyyida, aləmdə mən yoxdan sözü var eylərəm.