Əsas məzmuna keç

Qəzəl

Yar hali-dilimi zar bilibdir, bilirəm

Məhəmməd Füzuli

1

Yar hali-dilimi zar bilibdir, bilirəm, Dili-zarimdə nə kim var, bilibdir, bilirəm.

Yari əğyar bilibdir ki, mənə yar olmaz, Mən dəxi ani ki, əğyar bilibdir, bilirəm.

Zülfünü əhli-vəfa seydinə dam eyləyəli, Məni ol damə giriftar bilibdir, bilirəm.

Mən nə hacət ki, qılam şərh ona dərdi-dilimi, Qamu dərdi-dilimi yar bilibdir, bilirəm.

Yar həmsöhbətim olmazsa, Füzuli, nə əcəb, Özünə söhbətimi ar bilibdir, bilirəm.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.