Əsas məzmuna keç

Qəzəl

Yar, eşqin bağrımın ta çəkdi yüz dağ üstünə

Şah İsmayıl Xətai

1

Yar, eşqin bağrımın ta çəkdi yüz dağ üstünə, Atəşi-hicrin bu dağın çəkdi bir dağ üstünə.

Mən zəif, üştə fəraqın yüklədi bir dağ kimi, Ol yükə qılmaz təhəmmül, qoysalar dağ üstünə.

Yüzün üstəz ülfüni gördükcə müshəfdir derəm, Bu nə hikmətdir ki, yazılmış qara ağ üstünə?

Şol xətü xalın kənarında rüxün, ey dilrüba, Ol gülə bənzər ki, düşmüş tazə yaprağ üstünə.

Bu Xətayi çeşmi yolunda anın toprağ olur, Ta ayağın basa ol dilbər bu toprağ üstünə.

Lüğət: Hicr – ayrılıq; Müshəf – Quran; Şol – o; Dilrüba – gözəl, könülalan; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.