Əsas məzmuna keç

Qəzəl

Yar aydır: – gün nədir? aydım: – cəmalındır sənin

Şah İsmayıl Xətai

1

Yar aydır: – Gün nədir? Aydım: – Cəmalındır sənin. Ay dəxi şol təl’əti-fərxəndə falındır sənin.

Ruzi-me’raci-nəbi vəslin günidir, ey mələk, Qabi-qövseyi ol du əbruyi-hilalındır sənin.

Dilbərin vəsli-kəmalın çox görübsən, ey rəqib, Ey kəmalə yetməmiş, imdi zəvalındır sənin.

Ağzımı təlx eylədi hicrin, təkəllüm qıl mana, Tutiyi-şəkkər şikən şirin məqalındır sənin.

Ey Süleymani-zəmanə, aşiqin sor halını Kim, qapunda mur nisbət payimalındır sənin.

Ay yüzinin səfhəsidir ayəti-“fəthün qərib”, Hərfü nöqtə ol yüz üstə xəttü xalındır sənin.

Danla derlər dideyi-mö’min liqayi-həq görür, Bu Xətayi xəstəyə ruzi-vüsalındır sənin.

Lüğət: Şol – o; Fərxəndə – uğurlu; Vəsl – qovuşmaq; Təlx – acı; Hicr – ayrılıq; Mur – qarışqa; Xətt – yanaq, yazı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.