Əsas məzmuna keç

Qəzəl

Yandım eşqindən, əya gül yüzlü dildar, üştə gör!

Şah İsmayıl Xətai

1

Yandım eşqindən, əya gül yüzlü dildar, üştə gör! Sənsizin aləmdə gəzmək oldu düşvar, üştə gör!

Sinəmin suzindən, ey dilbər, yanır ərş ilə fərş, Ağlaram bülbül kimi bivəsli-gülzar, üştə gör!

Lalə tək bənzim saralmışdır fəraqindən sənin, Olmuşam dilxəstəvü məcruhü bimar, üştə gör!

Əhdü peymanını məndən, ey pəri, sındırmagil Kim, mana zülm eyləmişdir cövri-əğyar, üştə gör!

Bu Xətayi şol büti-tərsa cəmalın görgəcin Rahibi-deyr olduvü bağladı zünnar, üştə gör!

Lüğət: Bimar – xəstə; Cövr – zülm; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.