Əsas məzmuna keç

Qəzəl

Yanarkən könlümün pünhan oduyla şəm tək canım

Məhəmməd Füzuli

1

Yanarkən könlümün pünhan oduyla şəm tək canım, Zəbani-halım axır zahir etdi dərdi-pünhanım.

Ətək sürtər üzün hər ləhzə öpməkçün ayağından, Həsəddən damənə çatmış mənim çaki-giribanım.

Mənə bimar çeşminlə nəzər qılsan, əcəb olmaz Bəli, dərd əhli anlar ki, nədir tədbiri-dərmanım.

Ciyər qanilə cismim qərq olubdur lalə tək, çünki Mənə bu daği-eşqi vermiş ol gül üzlü cananım.

Sənin hər bir telində zülfünün bir can əsir olmuş, Pərişan qoyma olsun cəm ikən hali-pərişanım.

Könüllər rəğbəti artar görən dəmdə üzün xəttin, Uşaqlar zirzəbərlə tez oxur Quranı, bil, canım!

Füzuli, xalının əksiylə can lövhün elə dolur Ki, hicran dağinə yer qalmasın olduqca imkanın.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.