Əsas məzmuna keç

Qəzəl

Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir

Məhəmməd Füzuli

1

Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir, Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir.

Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah. Təməvvüc verməsin təşviş ona kim, onda sakindir.

Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş, Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir.

Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildim Ki, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir.

Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah, Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir.

Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz, Budur bir qul sərəncami ki, sultaninə xaindir.

Füzuli, xali olmaz surəti-dil dust fikrindən, Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir.

Lüğət: Duzəx – cəhənnəm; Zövrəq – qayıq; Təməvvüc – dalğalanmaq, ləpələnmək; Xazin – xəzinəçi; Peykan – ox; Müqarin – yavuq, yaxın

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.