Əsas məzmuna keç

Qəzəl

Yanağın, ey pəri, can mənzilidir

Şah İsmayıl Xətai

1

Yanağın, ey pəri, can mənzilidir. Bu bülbülnün gülüstan mənzilidir.

Ayağın basdığı yer, ey dilaram, Bu mur içün Süleyman mənzilidir.

Saçının zülmətində təşnə Xızram, Dodağın aği-heyvan mənzilidir.

Bitibdir qamətin çeşmim üzündə, Nə xoş sərvi-xuraman mənzilidir.

Götürmə ağ yüzündən qarə zülfin Ki, əqrəb mahi-taban mənzilidir.

Murad içün gəlübdür dil qapuna, İnayət qıl ki, ehsan mənzilidir.

Xətayi könlünə yar mehri düşdü, İmarət qıl ki, sultan mənzilidir.

Lüğət: Dilaram – ürək dincliyi, gözəl; Mur – qarışqa; Təşnə – susuz; Çeşmi – giryan – ağlar göz; Taban – parlaq; Dil – ürək; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.