Yadə saldıqda səni, dideyi-xunbar ağlar
Yadə saldıqda səni, dideyi-xunbar ağlar, Yar hicrin çəkən, əlbəttə ki, naçar ağlar,
Bülbüli-bidil əlindən üzülüb daməni-gül, Gecələr sübhə kimi nalə çəkib, zar ağlar.
Şad ikən vəslin ilə könlümə qəm çəkdi hücum, Oldu min gunə genə dərdə giriftar, ağlar.
Tabi-təb, zülməti-şəb, möhnəti-qürbət, qəmi-yar; Eyləməz tab bu möhnətlərə bimar ağlar.
Bəs ki, şəb ta bəsəhər ağlamaq adətdi mənə, Həmdəm olmuş mənə yeksər dərü divar ağlar.
Mən ki, hicr atəşinə yandı vücudum, billah, Mənim əhvalıma duzəxdə yanar nar, ağlar.
O qədər ağladı Seyyid qəmi-hicran ilə Ki, onun halına bu çərxi-sitəmkar ağlar.