Əsas məzmuna keç

Qəzəl

Yad eylədi yarım məni bikanədən ötrü

Məhəmmədəli Şəfai

4

Yad eylədi yarım məni bikanədən ötrü, Yaddan çıxarıb aşiqin aya nədən ötrü?

Gizlətmə qara xalı dedim ağ yanağında. Tökdü üzünə zülfü o bir danədən ötrü.

Bir şanə düşüb zülfi-siyahından o mahın Xəlq içrə niza oldu o bir şanədən ötrü.

Yandı ürəyim tək oda pərvanəyi-miskin, Bir qəlbi yanan olmadı pərvanədən ötrü.

Sordum mərəzi-eşqə dəva əhli-təbabət, Zənciri yazıblar dedi divanədən ötrü.

Bülbül gül üçün nalə edər bağü çəməndə, Bayquş ulayar xəlvəti viranədən ötrü.

Aşiqsən əgər əhdə vəfa eylə Şəfai. Peymanşikən olma iki peymanədən ötrü.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.