Yad edincə bəzmini bir şam kimi canım yanar
Yad edincə bəzmini bir şam kimi canım yanar, Hər kəsin bəxt ulduzu bir yerdə mütləq parlayar.
Olmadım Məcnun qədər rüsva, bunun var illəti, Mən olan dövranda Leyli doğmamışdır ruzigar.
Sən məni rənalığınla məsti-şeyda eylədin, Hansı rənanın cahanda mən kimi şeydası var?
Söylərəm Məcnun ona kim, söyləyir Leyla sənə, Çünki məhcub dilbəri rüsvayə Məcnun oxşadar.
Xoş yerişlə istəyir təqlid qılsın gün sənə, Səndəki boy onda yox, sərv qamət, gülüzar.
Könlümün tək arzusu sənsən, budur arzum mənim, Səndən özgə olmasın könlümdə arzum, ey nigar!
Ey Füzuli, adət etmişsən bu məhsimalərə, Hər zaman bir mahsimanı səninçün kim tapar?