Ya Rəb, o bidərdin özün sal qəlbinə sevda qəmi
Ya Rəb, o bidərdin özün sal qəlbinə sevda qəmi, Olsun bizim aləm kimi qəmli onun da aləmi.
Aydın deyil xurşidimə dərdim əgər, bir vəchi var, Kölgəm olub qəm şərhinə qəlbin yeganə həmdəmi.
Göstər üzün misli-günəş, ta qoymasın heç bir əsər Torpaq bu cismimdə əgər abi-həyatın var nəmi.
Saqi, dayanma, mey gətir, naseh vurub sözlə yara, Mütləq bu yarə öldürər, çatdırmasan mey məlhəmi.
Vermirsə düz insanlara alçaq evində yer fələk, Ondan büküldü qəddimiz kim, tərk qıldıq bu qəmi.
Toplandı çün ətrafıma dağ tək məlamət daşları, Rüsvalığım ondan tapıb böylə binayi-möhkəmi.
Bir qətrə qanla göz yaşı, bir oldu ahından səvay, Yoxdur Füzulinin qəmi-eşqində başqa məhrəmi.