Ya rəb, kim olur ərzimi cananə yetirsin
Ya rəb, kim olur ərzimi cananə yetirsin, Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.
Xurşidə desin, zərreyi-sərgəştə məlalın, Pərvanə sözün şəmi şəbistanə yetirsin.
Cəmiyyəti-dil kəsrəti-qəmdəndi pərişan, Bu halı o geysuyi-pərişanə yetirsin,
Bu mürği-giriftari-qəfəs surəti-halın, Ol qönçeyi-novxizi-gülüstanə yetirsin.
Məndən yetirib ol şəhə əcz ilə dualər; Xaki-qədəmin dideyi-giryanə yetirsin.
Hər şamü səhər, virdi budur Seyyidi-zarın, Allah səni bir də bu Şirvanə yetirsin.