Əsas məzmuna keç

Qəzəl

Ya mən əhatə elmükəl-əşya’ə külləha

Məhəmməd Füzuli

1

Ya mən əhatə elmükəl-əşya’ə külləha,

Kim versə can yolunda, bulur xaki-məqdəmin. Guya ki, xaki-rahinədir nəqdi-can bəha.

Sənsən qılan məzahiri-ümmidü bim, edib Musayı elm gənci, əsasini əjdəha.

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb, Təhsini-“Ya’vü “sin” ilə təşrifi-“Ta”vü “ha”.

Yə’qubdə nişaneyi-şövqin qəmü ələm, Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.

Bulmazdı, qəhrin açmasa xani-siyasətin, “Həl min məzid”2 löqməsinə duzəx iştəha.

Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir, Ol bidili bu dami-küdurətdən et rəha.

Lüğət: Bəha – parlaqlıq; işıq, gözəllik, qiymət; dəyər; Məzahir – zahir olan yerlər; Bim – qorxu; Mürsəl – göndərilmiş; elçi; Qürb – yaxınlıq; Təhsin – alqış, afərin, bəyənmək; Bəhcət – gözəllik, şənlik, şadlıq; Duzəx – cəhənnəm

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.