Ya ilahi, sən məni bieşqi-canan eyləmə
Ya ilahi, sən məni bieşqi-canan eyləmə, Eşq ilən şadəm, könül dərdimə dərman eyləmə.
Müddəilən və’də qılma, qövlinə qılmaz vəfa, Hər yalançı yar ilən sən əhdü peyman eyləmə.
Gər vüsalından mədəd qılmazsan, ey arami-can, Gözümü giryan edüb, bağrımnı büryan eyləmə.
Ləbləri dövrində ol gül yüzlü yarın dəmbədəm Qönçəni, ey bağban, gülşəndə xəndan eyləmə.
Bu Xətayi xəstənin qılma müşəvvəş xatirin, Ağ yüz üstə ol qara zülfin pərişan eyləmə.
Lüğət: Mədəd – kömək; Xəndan – gülən; Müşəvvəş – qarışıq, həyəcanlı