Əsas məzmuna keç

Qəzəl

Ya ilahi, istərəm səndən bu ən’ami mana

Şah İsmayıl Xətai

1

Ya ilahi, istərəm səndən bu ən’ami mana, Edəsən həmdəm kim ol sərvi-güləndami mana.

Şol büti-namehriban hərgiz məni yad etmədi, Bir məhəbbət qılmadı axır sərəncami mana.

Cövri-hicran çəkdigimdən qalmayıbdır taqətim, Ya nəsib etsən noleydi səbrü arami mana.

Könlüm aldın bitəkəllüf, canımı almaqdadur, Güldürür eşqində daim xas ilən ami mana.

Keçdi ömrün, ey Xətayi, uş bu zaye dünyada, Şol vəfasız ləbləridən vermədi kami mana.

Lüğət: Şol – o; Hərgiz – heç vaxt; Cövr – zülm; Xas – seçilmiş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.