Əsas məzmuna keç

Qəzəl

Xumar-xumar baxan ol sərvqamətimdü mənim

Məhəmmədəli Şəfai

4

Xumar-xumar baxan ol sərvqamətimdü mənim, Gedərsə gözdən o qamət qiyamətimdü mənim.

Bu qədri söyləmə vaiz səfayi-cənnətdən, Səfayi-söhbəti-dilbər kifayətimdü mənim.

Kim istəsə ki, bilə başıma nələr gəlmiş, Kitabi-eşqü məhəbbət hekayətimdü mənim.

Öpəndə ləli-ləbindən yanaqları qızarıb. Dedi bu rəngi-xəcalət lətafətimdü mənim,

Məmələrin, əl uzatdım, tutanda diksindi, Çəkinmə, söylədim ey məh, zərafətimdü mənim.

Gülümsünüb dedi, yoxdu müzayiqəm səndən, Vəli, bağışla bu diksinmək adətimdü mənim.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.