Xoşdur, ey gün, talein kim, düşdün ol xaki-dərə
Xoşdur, ey gün, talein kim, düşdün ol xaki-dərə, Əhli-dövlət damənin tutdun, yetərsən bir yerə.
Damə düşmüş bir şikarəm kim, ədəm səhrasına, Mənzilimdən hər tərəf açmış əcəl min pəncərə.
Lə’lin ətrafında xəttindən könül eymən degil, E’timad olmaz yeni imanə gəlmiş kafərə.
Xət nə hacət, əhli-dil qeydinə rüxsarın yetər, Aləmi tutmaqda gün möhtac olurmu ləşkərə?
Sayə saldın suyə, sərvi-nazi rəşk öldürdü kim, Mən dururkən, dövləti-vəslin nə nisbət axərə?
Başda hər tük, eşq odundan bir tütündür kim, çıxar, Cizginən başım bəla bəzmində bənzər məcmərə.
Ey Füzuli, məndə rahət qoymadı şeyda könül, Istərəm kim, qurtulam ondan, verəm bir dilbərə.
Lüğət: Rəşk – həsəd, qısqanmaq