Xoşa ol aşiqə kim məclisində yarı ola
Xoşa ol aşiqə kim məclisində yarı ola, Visali-yardə fərxəndə ruzigarı ola.
Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey, Nə kəsri məclisi-meydən, nə intizarı ola.
Şərabə olmasa da gərçi nəqd simü zəri, Şərabxanədə bari bir etibarı ola.
Bu gunə qoymaz idim, zülfüvə əsir olsun, Əgər əlimdə dili-zarın ixtiyarı ola.
İlahi, bülbülə olsun həmişə gül həmdəm! Müdam o xəstədilin gülşəni, baharı ola.
Mənimtək olmaya məhrum gülüzarından, Nə qüssədən ürəgi qan, nə xar xarı ola.
Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül, Yanında sən kimi bir yari-gülüzarı ola.