Əsas məzmuna keç

Qəzəl

Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam

Seyid Əzim Şirvani

1

Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam, Hər sözdə bir dilim tutulub, natəvan olam.

Ta sənsiz özgələr üzünü görməsin gözüm, Gözlərdən istərəm dəhənintək nihan olam.

Guya qəfəsdə bülbül olur zağə həmnəfəs – Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam.

Bir zəxm urub ötüşmə səni tari, ey sənəm, Qorxum budur bu zərbət ilə nimcan olam.

Ya rəb, nəsib qıl mənə Seyyidtək ol günü – Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.