Əsas məzmuna keç

Qəzəl

Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim

Məhəmməd Füzuli

1

Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim, Nə mübtəlayi-bəla, nə müqəyyədi-qəm idim.

Gəzərdim itlərin içrə fəzayi-kuyində, Yerim behişti-bərin idi, mən bir Adəm idim.

Həmişə səcdəgahim xagi-asitanın idi, Bu e’tibar ilə bir sərbüləndi-aləm idim.

Gədayi-kuyin idim, böylə zillətim yox idi, Səriri-səltənəti-qürbdə müəzzəm idim.

Zaman-zaman əsəri-pərtövi-cəmalindən Müalici-dili-pürdərdü çeşmi-pürnəm idim.

Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim.

Füzuli, olmaz imiş möhnəti-fərağə müfid, Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim.

Lüğət: Hərim – məhrəm yer, yaxın adamların gedə biləcəkləri yer; Bəri – kənar; uzaq, boş; Sərir – taxt; Qürb – yaxınlıq; Müalic – əlac edən, təbib

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.