Əsas məzmuna keç

Qəzəl

Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi

Məhəmməd Füzuli

1

Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi, Böylə olur ki, aşiqin işlər sitarəsi.

Ey hər mərəz ilacinə hökm eyləyən həkim, Bimari-dərdi-eşq olanın yoxmu çarəsi?

Çıxmaq dilər səfineyi-tən cünbüşilə can Dəryayi-eşqdən ki, ədəmdir kənarəsi.

Derlər ki, var Vamiqü Məcnun, əcəb degil, Dağılmış ola atəşi-eşqim şərarəsi.

Noldu gətirmədin ələ sədparə könlümü, Vəhm eylədinmi əl kəsə bu şişə parəsi?

Səndən həmişə tiri-bəladır gələn mənə, Böylə olurmu aşiqü mə’şuqin arəsi?

Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl, Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi?

Lüğət: Sirişk – göz yaşı; Şərarə – od parçası, qığılcım

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.