Xocəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!
Xocəstə bülbüli-xoşnitq, xoşzəban, getmə! Mənə tərəhhüm elə, qoyma natəvan, getmə!
Bu gülşən içrə, gülüm, novşükuftə bir gülsən, Sənə hənuz deyil mövsimi-xəzan, getmə!
Məni-fələkzadəyə rəhm qıl, səni tari, Qaşın kimi qədimi eyləyib kaman, getmə!
Sənin bu gözlərinə gözlərim ola qurban, Bir-iki dəm mənə ol bari həmzəban, getmə.
Yeni nümüvv eləyən sərvvəş, dayan bari, Sirişkimi qoy edim payinə rəvan, getmə!
Mənə ki, guşeyi-çeşm ilə bir nəhan baxdın, Tez öldürər məni bu mehnəti-nəhan, getmə!
Düşə əyaqdən ol sərvi-qamətin, billah, Qiyaməti gətirər başimə əyan, getmə!
Bu cismi-zarım üçün məhz ruhsən, axır, Tutar qərar məgər, ruhsuz rəvan, getmə!
İki gözüm işığı, şahzadə simbərim, Məni də yoldaş apar, qoyma natəvan, getmə!
Lüğət: Xocəstə – mübarək, uğurlu; Tərəhhüm – mərhəmət göstərmək; Natəvan – qüvvəsiz, halsız, köməksiz; Novşükuftə – təzə açmış; Fələkzadə – fələk incitmiş; Həmzəban – dilbir; Nümüvv – cücərmə, boy otma, bitmə Ö; Sərvvəş – sərvüzlü