Əsas məzmuna keç

Qəzəl

Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişik

Məhəmməd Füzuli

1

Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişik, Kuyinə, qorxub rəqiblərdən, güzər az etmişik.

Naləmiz təşvişə salmışdır yanında itləri, Olmuşuq şərməndə, onlardan həzər az etmişik.

Biz qapıdan ayrılınca, qəm olub yoldaşımız, Ömrümüzdə bunca narahat səfər az etmişik.

Etməmişlər sənsiz aləmdən, gülüm, qəti-nəzər, Ol səbəbdən mərdümi-çeşmə nəzər az etmişik.

Olmadı göz yaşımız hicrində kəm, əfv et bizi, Asitanın tozunu yaşla əgər az etmişik.

Asitanında olubdur karımız ahü fəğan, Ayrılarkən dərgəhindən xeyrü şər az etmişik.

Ey Füzuli, düşdük ol gündən ki, canandan cida, Naləsiz, fəryadsız şamü səhər az etmişik.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.