Xeyli dəmdir, ey pəri, ol məh camalın görməzəm
Xeyli dəmdir, ey pəri, ol məh camalın görməzəm, Dünyada bir dəxi misli-xəttü xalın görməzəm.
Hər zaman dersən mana kim, xatirin qılma məlul, Necə olum şadman kim, cüz məlalın görməzəm.
Xeyli müddətdir cahanda firqətinlə həmdəməm, Hicr ilən ömrüm tükəndi, heç vüsalın görməzəm.
Gözümü qan etdi hicran, vəsli-ruyin görmədim, Qamətim xəm qıldı ğəm, qəddi-şümalın görməzəm.
Dil müşəvvəşdir Xətayi, ey səadət kövkəbi, Ta sənin ol təl’əti-fərxəndə falın görməzəm.
Lüğət: Məh – ay; Xətt – yanaq, yazı; Dersən – deyirsən; Hicr – ayrılıq; Vəsl – qovuşmaq; Xəm – əyri, əyilmiş, bükülmüş; Dil – ürək; Müşəvvəş – qarışıq, həyəcanlı; Kövkəb – ulduz; Fərxəndə – uğurlu