Əsas məzmuna keç

Qəzəl

Xəyalın məskənidir can içində

Şah İsmayıl Xətai

1

Xəyalın məskənidir can içində, Yenə Yusif nedir zindan içində?

Gözüm içində ol əksi-cəmalın Göhər nisbətlüdür ümman içində.

Yüzün səhmindən ol şəkkər dodağın, Gülüstandır, güli-xəndan içində.

Rəqibi qoymagil qapunda, neylər Bu kafər cənnəti-rizvan içində?

Xətayi görməmişdir qamətin tək Xuraman sərv heç bustan içində.

Lüğət: Xəndan – gülən; Rizvan – behişt, behişt qapısı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.