Əsas məzmuna keç

Qəzəl

Xəyalımdır mənim, ya duşdə gördüm?

Şah İsmayıl Xətai

1

Xəyalımdır mənim, ya duşdə gördüm? Behəmdullah, cəmalın üştə gördüm.

Sözün hər biri gövhər olduğiçün Asılmışdır həmişə guşdə gördüm.

Necə ki, bilicisən, əbsəm olgil, Səadət olmağı xamuşdə gördüm.

Bəlasından bu eşqinin sağıngil, Yüküş aşiqləri sərgəştə gördüm.

Sənin ol zülfinin hər bir qılını Xətayi boynuna bir riştə gördüm.

Lüğət: Əbsəm – lal, danışmamaq; Xamuş – susmaq, sönmək; Yüküş – çox, bol; Sərgəştə – çaşmış, başını itirmiş; Riştə – sap, tel, əlaqə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.