Xəyali-lə’lidir yarın gözündən axıdan lö’lu
Xəyali-lə’lidir yarın gözündən axıdan lö’lu, Həvayi-zülfi-şəbrəngin salıbdır könlümə qayğu.
Bəlayi-nərgisi-məstin, cəvayi-tirkəşi-hicrin Dəlibdir bağrımı, cana, üzübdür şol kaman əbru.
Mənim bu əqlü bu fikrim cəmisi tarimar oldu Ki, hüsnün ləşkəri səf-səf yeridi könlümə qarşu.
Itabın çəkdiyim oldur səbəb kim, dünyada yoxdur Sana bənzər ləbi xəndan, pərişanzülf, xürrəmru.
Nə ənbər danələr saçmış, nə mişkin damlar qurmuş, Könül mürğini seyd etmiş dü zülfü xal ilə əbru.
Mələk üzlü, keyik gözlü, nəmək duzlu, şirin sözlü, Təni nəsrin, bəni mişkin pərivəş, ənbərin geysu.
Nəsimi bağrını hicrin qarartdı şöylə kim, hərgiz Ağarmaz yüz gəzin yusam əz in bəs ruyu çün hindu.
Lüğət: Yarın – Səhər; Şol – O; Əbru – Qaş; Ləşkər – Qoşun; Mürğ – Quş; Seyd – Ov; Nəmək – Duz; Geysu – Saç; Hərgiz – Hələ