Xətin ki, gül üzünü mişk ilə niqabə salar
Xətin ki, gül üzünü mişk ilə niqabə salar, Bütün gözəlləri bir dəmdə inqilabə salar.
O xətt ki, baş çıxarıb arizin kənarından, Həzar tənə ilə lərzə afitabə salar.
O sübhə bənzər üzündə çıxınca xətt gecə tək Mənim də taleyimi çərx yüz hicabə salar.
Könül qəmindən ölümlə qutardım, ol ləbi-ləl Mənə həyat verib, tazədən əzabə salar.
Bu qanlı könlümə yüz dağ rəşkdən vururam, O dəm ki, xali-ləbin əksini şərabə salar.
Füzuli xəstəyə mümkün olarmı sakitlik, Onu bu cür ki, sənin şövqün iztirabə salar?!