Xət gəldi rüxi-yarə füzun oldu səvadı
Xət gəldi rüxi-yarə füzun oldu səvadı, Şəffafdı bu ayeyi-«Vəlleyl» midadı.
Ol gül məni, gör, eylədi məşhuri-qəbayil, Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı.
Ey bari-xuda, hasil elə yar muradın, Gər qətlim isə dəhrdə mətlubü muradı.
Vaiz eləyir mənfəəti-badəni inkar, Meyxarələrə gör ki, nə əfzundu inadı.
Zahid işi zahirdə əbadır və duadır, Məlun kişidir, hiyləvü təzvir nihadı.
Bu əsrdə yox gövhəri-ürfanə xəridar, Ey bari-xuda, lütflə rəf et bu kəsadı.
Ey kaş, qoyaydın itinin adını Seyyid, Gəh-gah dəgəydi ləbi-şirinüvə adı.