Xəstə canım olmayasan sevgili canan kimi
Xəstə canım olmayasan sevgili canan kimi, Höqqeyi-lə’lini gördüm dərdimə dərman kimi.
Eylə kim, zülmat içində afitab olur əyan Küfri-zülfin arasında rüxlərin iman kimi.
Arizinin nisbəti-vəsfin cahanda söylərəm, Gülşəni-cənnətdə bitmiş şol güli-xəndan kimi.
Külbeyi-Yə’qubə nisbət məskənim boldu xərab, Ta ki, səndən ayru düşdüm Yusifi-Kən’an kimi.
Bu Xətayi verdi övsafi-həqiqətdən xəbər Ta gözüm gördü cəmalın surəti-rəhman kimi.
Lüğət: Küfr – inamsızlıq, kafirlik; Şol – o; Xəndan – gülən; Rəhman – şəfqətli, rəhmli