Əsas məzmuna keç

Qəzəl

Xəstə canım canına hər ləhzə qurban ey həkim

Məhəmmədəli Şəfai

2

Xəstə canım canına hər ləhzə qurban ey həkim, Çarə qıl, bimari-eşqəm, eylə ehsan ey həkim.

Gəlmişəm dərgahinə, qovma qapından yazığam, Dərdi-bidərmanıma sən eylə dərman ey həkim.

Xaki-payin səcdəsindən qalxmaram ta var həyat, Gər məni öldürməsə bu dərdi-hicran ey həkim.

Gər sağalsam bu mərəzdən can ilə nəzr etmişəm. Rahi-eşqində o cananın verim can ey həkim.

Qaldı əflatunlar aciz bu əlaci-eşqidən, Çarə qıl sənsən bu gün hikmətdə Loğman ey həkim.

Misrə sultansan xilas et Yusifi zindanidən, Tazədən olsun cavan, ta piri-Kənan ey həkim.

Qabili-Yusifcamalımdır Şəfai, bu cavan, Qıl-inayət, iltifatın kəsmə ondan ey həkim.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.