Əsas məzmuna keç

Qəzəl

Xəlqlə həmsöhbət olmaqdan, könül, kəsdin həvəs

Məhəmməd Füzuli

1

Xəlqlə həmsöhbət olmaqdan, könül, kəsdin həvəs, Qeyri kəsdən qorxmuruq, bizdən də qorxmur qeyri kəs.

Zövqünü gülrüxlərin aşiq bilir, zöhd əhli yox, Bülbülə gül od vurar yalnız, nə kim hər xarü xəs.

Yaş tökür kirpiklərimdən mərdümi-çeşmim, vəli Xortumilə bəhrdən bir şey azaldırmı məgəs?

Öylə bir bikəsliyim vardır bu tənha guşədə, Istəməm olsun Məsiha da mənimlə həmnəfəs.

Ey könül, ömrüm qutardı, gəl keç ahü nalədən, Yol başa çatdıqda fəryad eyləməz hərgiz cərəs.

Bülbüləmmi ləhzədə cəh-cəh vuram hər bir gülə, Əhli-tovhidəm, mənə bir gül edər gülşəndə bəs.

Ey Füzuli, hər gecə nalən ucalmış göylərə, Yarımın olmuş iti ancaq mənə fəryadrəs.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.