Əsas məzmuna keç

Qəzəl

Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar

Şah İsmayıl Xətai

1

Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar, Yar bağrım arasın, gör kim, necə xar anda var.

Varma yanımdan mənim, ey hicri-dilsuzani-dust, Dust-düşmən xamusi ağlar mənimçün zar-zar.

Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can Candan etmişdir məni cövr ilə dövri-ruzigar.

Ruzigarım tirədir sənsiz, əya arami-dil, Dil neçük aram dutsun, həddən ötdü intizar.

İntizarəm və’deyi-vəslin yolunda hər zaman, Hər zaman divanə tək dağlara düşdüm biqərar.

Biqərar oldum saçın tək rüxlərindən ayru mən, Mən neçük aram edim sənsiz ki, oldum dilfikar.

Dilfikar oldu Xətayi firqətindən ruzü şəb, Ruzü şəb vəslin xəyalı canda qaldı yadigar.

Lüğət: Hicr – ayrılıq; Mürği – hərim – məhrəm quşu; Cövr – zülm; Tirə – qaranlıq; Dil – ürək; Vəsl – qovuşmaq; Dilfikar – ürəyi yaralı; Şəb – gecə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.