Əsas məzmuna keç

Qəzəl

Xandadır ol bimisalın ibtidasi, xandadır?

Şah İsmayıl Xətai

1

Xandadır ol bimisalın ibtidasi, xandadır? Kim bilir ol küntü kənzin intəhası xandadır?

Gəl bəyan etgil sifati-zatini şərh eylə kim, Mən sual etdim ona eyni-liqası xandadır?

Kəndü lütfindən yaratdı aləmin mövcudini, Cümlənin məqsudi şahdır, istivası xandadır?

Ərşü kürsi, cənnətü həm narü tubavü şəcər, Əbrü badü maü tin əsli-şərası xandadır?

Hər kişi kim zikri xətlən könlünü etməz cila, Ol nə bilsün bibəsər eşqin səfası xandadır?

Xatəmi-tövhidi hər kim könlünə mehr etmədi, Ol şəhadət şərhinin bilməz əsası xandadır.

Sən niyaz et, ey Xətayi, kimsə bilməz çün səni, Məntiqin inşasının həmdü sənası xandadır.

Lüğət: Şəcər – ağac; Tin – palçıq; Zikr – anma, söyləmə; Xatəm – üzük; Mehr – günəş; Səna – dua

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.