Əsas məzmuna keç

Qəzəl

Xalü xətin olub dili-viranə oğrusu

Seyid Əzim Şirvani

1

Xalü xətin olub dili-viranə oğrusu, Oldu iki qaraçı bu bir xanə oğrusu.

Şəmi-cəmalə yandı könül, öpdü ləlüvi, Məqsuduna yetişdi bu pərvanə oğrusu.

Məşşatə pak edər ərəqi-ruyi-yarımı, Lazımdı qəti-yəd ola dürdanə oğrusu.

Ol gecədən ki, şanə dəgib tari-zülfünə, Sədçak könlümüzdür olan şanə oğrusu.

Ləli-ləbin xəyalına düşmüş dili-həzin, Bu düzd olub xəzaneyi-şahanə oğrusu.

Dil basdı bağrına bu gecə zülfi-pürxəmi, Zənciri-əqlin oldu bu divanə oğrusu.

Xali-xəyali xali edib bəs ki, əqldən, Xirmən gəzib bu Seyyid, olub danə oğrusu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.