Əsas məzmuna keç

Qəzəl

Xali vardır, söyləyir, kim gördü ruyi-alini

Məhəmməd Füzuli

1

Xali vardır, söyləyir, kim gördü ruyi-alini, Çəkmədim mən qaşlarından göz, görüm ta xalini.

Ta göz açdım, öz yerində görmədim könlüm quşun, Odlanıb görcək sənin şahbazi-mişkin balini.

Kirpiyin hər bir oxunda bir könül var, yat, gülüm! Cəm qıl aşiqlərin qəlbi-pərişanhalini.

Görməyi bir həftədir kim, olmamış qismət mənə, Neyləsin aşiq, keçirsə böylə mahü salini.

Söylədim: xalından ayrıldım əyilmiş qəddlə, Söylədi: “dal” nüqtəsizdir,1 pozma gəl əhvalini.

Sənlə xoşhaləm cünun dəştində, ey ahim, mənim Eyləmə əskik başımdan sayeyi-iqbalini.

Əşk mövcündən, Füzuli, sanma seyrər gözlərim, Ol məhin görməkdəyəm rüxsari-fərrux falini.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.