Əsas məzmuna keç

Qəzəl

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs

Məhəmməd Füzuli

1

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs Kim, paybusi-yarə qaçan bula dəstrəs.

Razi-dəruni dışraya salmaq rəva degil, Budur günahı kim, asılır müttəssil cərəs.

Didari-dustdur iki aləm nəticəsi, Yox ondan özgə aşiqə aləmdə mültəməs.

Sinəm həvayi-eşqin ilə doldu ney kimi, Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.

Hər qeyd olursa məhz bəladır ki bülbülə Gər şaxi-güldən olsa, küdurət verər qəfəs.

Ol qəmzədən, könül, əgər istərsən iltifat, Tiği-təcərrüd ilə canından əlaqə kəs.

Olmaz vücudi-aşiqə eşq içrə e’tibar, Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs.

Lüğət: Mültəməs – iltimas edilmiş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.