Xaki-payindən gözümə sürmə, ey yar, istərəm
Xaki-payindən gözümə sürmə, ey yar, istərəm, Gizli qalsın, bilməsin bu sirri əğyar istərəm.
Cövrünü məndən kəm etməz, yarda bu nə lütfdür, Hardan o bilmiş ki, mən yarı cəfakər istərəm.
Kimsə şərh etməz ona mən çəkdiyim möhnətləri, Ahü naləmdən məni duysun o dildar istərəm.
Istəməzdim yar girsin bir kəsin röyasına, Ağlaram sübhə qədər, çün xəlqi bidar istərəm.
Qorxaraq, gəlməz xəcalətdən mənə sarı əcəl, Çün bilir ondan əlaci-qəlbi-bimar istərəm.
Xam xəyalındır, deyə gülsün mənə qoy nazlı yar, Ağlaram, ləli-ləbi olsun şəkərbar istərəm.
Ey Füzuli, zülfü salmış rişteyi-canə düyün, Türreyi-tərrar ilə açsın onu yar istərəm.