Əsas məzmuna keç

Qəzəl

Xaki-payin sürmədir eynimə, ən’an et mana

Şah İsmayıl Xətai

1

Xaki-payin sürmədir eynimə, ən’an et mana, Gər qəbul olmaz muradim səndən, e’lam et mana.

Dərdimin dərmani rüxsarini görməkdir sənin, Təşnəyəm, billah, dodağın şərbətin cam et mana.

Çün könül xalin ucundan düşdü zülfin qeydinə, Bigünah öldürməgil hər ləhzə, aram et mana.

İstəmən zahirdə faş olmaq, anınçün gözlərəm, Mehri-eşqin razini, ey yar, ilham et mana.

Bu Xətayidən götürgil möhnəti-hicranini Ey pəri ru, tanrı içün ancaq ilzam et mana.

Lüğət: Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.