Əsas məzmuna keç

Qəzəl

Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana

Şah İsmayıl Xətai

1

Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana, Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.

Çün ğəmi-eşqində ölməkdir həyati-cavidan, Həq bilür ölmək degil ol, eyni-rahətdir mana.

Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa, Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.

Gərçi məndən dər hicab olursan, ey arami-can, Yüzünü görsətdigin eyni-inayətdir mana.

Düşdə gərdü dün Xətayi, yar olubdur həmdəmi, Ya düşümdür, ya xəyalım, bu nə halətdir mana?

Lüğət: Cavidan – əbədi; Hicab – örtük, pərdə, utanma; Dün – dünən, gecə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.